Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşünə çıxacaq.
Newsport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Tacikistanla üz-üzə gələcək.
"Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan və Tacikistan milliləri indiyədək iki dəfə qarşılaşıblar. Hər iki görüşdə Azərbaycan yığması meydanı qalib tərk edib.
Xatırladaq ki, bu matç UEFA Millətlər Liqasının senyabr-oktyabrda keçiriləcək Litva və Lixtenşteynlə oyunlarına hazırlıq mahiyyəti daşıyır.
23 sentyabr
20:00 Azərbaycan – Tacikistan