“Qarabağ” legioneri üçün nə qədər istəyir? 2 milyona başqa kluba keçə bilər

Joni Montielin “Qarabağ”dan ayrılmaq ehtimalının yenidən ortaya çıxması haqda xəbər vermişdik.

Newsport az xəbər verir ki, ispan futbolçu az-az oynadığı üçün komandada qalmaq istəmir.

Amma əldə etdiyimiz məluamta görə, “Qarabağ” Montieli bir şərtlə buraxacaq. Onu istəyən klub Ağdam klubuna 2 milyon avro ödəniş etməlidir. “Lex” başda olmaqla Joni ilə bir neçə klub maraqlanırdı.

Onun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Sportal az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right