“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi Dieqo Rosanı transfer edib. Klub bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Qarabağ” braziliyalı futbolçunun keçidini xüsusi video ilə açıqlayıb və “Dieqo Rosa, “Qarabağ”a xoş gəlmisən!” sözlərini yazıb.
QOL.az-a daxil olan xəbərə görə, 23 yaşlı dayaq yarımmüdafiəçisi olan Rosa Kiprin APOEL klubunda bir mövsümlük icarəyə götürülüb. O, ötən mövsüm bu komanda ilə 35 oyunda meydana çıxıb, 3 qol vurub, 3 qolun isə ötürməsini edib.
Bu, “Qarabağ”ın bu yay 11-ci transferi olub.