"Zirə" "Neftçi"ni, "Kəpəz" "Turan Tovuz"u məğlub etdi Yenilənib

Misli Premyer Liqasında 3-tur davam edir.

Newsport.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə Gəncədə "Kəpəz" "Turan Tovuz"la qarşılaşıb. "Kəpəz" uzun fasilədən sonra yenidən inşa olunan stadionunda ilk oyununa çıxıb və görüşdən 1:0 hesablı qələbə ilə üstün ayrılıb.

Günün son oyununda isə "Zirə" "Neftçi"ni qəbul edib. Görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra "Zirə" 9 xalla liderliyə yüksəlib.

30 avqust 

Misli Premyer Liqası, 3-cü tur

20:15.“Zirə” – “Neftçi” - 1:0
Qol:
Qismət Alıyev, 45+3
Qırmızı vərəqə: Elvin Bədəlov, 70 ("Neftçi")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Zirə İK stadionu

18:00.“Kəpəz” – “Turan Tovuz” - 1:0 

Qol: Viktor Stina, 47
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right