Azər Bağırov: "Turan Tovuz"a qarşı səfərdə oynamaq çox çətindir"

"Şamaxı" Misli Premyer Liqasının 2-ci turunda səfərdə "Turan Tovuz"la 0:0 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Turan Tovuz"a qarşı səfərdə oynamaq çox çətindir. Çünki bu şəhər futbolla yaşayır. Matçdan əvvəl uşaqlara demişdim ki, yaxşı oyun olacaq. Mübariz komanda ilə qarşılaşdıq. Futbolçularım sona qədər tonusdan düşmədilər. Birinci hissədə 1-2 səhvimiz oldu. Amma ümumilikdə yaxşı oyun keçirdik. Komandamızı, azarkeşlərimizi ilk xal münasibəti ilə təbrik edirəm.

- Oyunun əvvəlində rəqib topu sizə verdi. Bunu gözləyirdiz?

- Rəqibin oyununu təhlil etmişdik. Uzun toplar və standart vəziyyətlərdən daha çox oyun qururlar. Düşüncələrimizlə təhlillərmiz üstə düşdü. Düz oynamağın nəticəsində xal qazandıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right