Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynadı

Türkiyə Superliqasında ikinci tura start verilib. 

Newsport.az xəbər verir ki, turun ilk oyununda millimizin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Ərzurumspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Matç İstanbul klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Nəriman Axundzadə də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə, hesab 0:3 olarkən Gyrano Kerkin əvəzinə meydana çıxıb. Millimizin forvardı 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right