Azərbaycan millisinin hücumçusu Mahir Emreli bir neçə xarici dil bilməsi ilə fərqlənir.
Newsport.az xəbər verir ki, “Rakuv”un (Polşa) 29 yaşlı futbolçusu dünən Xorvatiyada yerli jurnalistlərə elə xorvat dilində müsahibə verib.
Hadisə UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Hayduk”a qarşı səfər oyunundan (2:2) sonra baş verib. Emreli bu oyunda bir qol da vurub.
M.Emreli 2022-24-cü illərdə Xorvatiyada “Dinamo”da (Zaqreb) oynayıb. Xorvat dilini də elə orada yaşadığı dövrdə öyrənib.
Video: germanijak.hr