"Malmö" Salifu Sumanı icarəyə göndərdi

İsveçin “Malmö” klubu futbolçusu Salifu Sumanı yenidən icarəyə verib.

Newsport.az xəbər verir ki, qvineyalı vinger “Panetolikos”a keçib. Bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.

Suma 2027-ci ilin yayına kimi  yeni komandasında çıxış edəcək.

22 yaşlı futbolçu 2023-2025-ci illərdə “Zirə”də oynayıb. O, 2025-ci ilin yayında 1.3 milyon avro qarşılığında “Malmö”yə transfer edilmişdi..Qvineya millisinin üzvü ötən mövsümün ikinci hissəsində icarə əsasında Polşanın "Radomiak" klubunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right