"Rakuv" Avropa Liqasının pley-off mərhələsində "Hayduk"la qarşılaşıb.
Newsport.az xəbər verir ki, Polşa klubu səfərdə rəqibi ilə 2:2 oynayıb.
Millimizin forvardı Mahir Emreli "Rakuv"un qollarından birinə imza atıb.
O, 27-ci dəqiqədə fərqlənib.
Azərbaycanlı hücumçu qarşılaşmada sona qədər meydanda olub.
Komandalar arasında cavab görüşü 27 avqustda keçiriləcək. Qeyd edək ki, bu, Emrelinin "Rakuv"un heyətində vurduğu 3-cü qoludur.