Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Newsport.az xəbər verir ki, “Qarabağ” Niderlandda "Tvente"nin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matç Azərbaycanda CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.