UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Tvente" ilə qarşılaşacaq "Qarabağ" Niderlanda yollanıb.
Newsport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bir qədər əvvəl oyun üçün Enşede şəhərinə yola düşüb.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" qarşılaşması sabah "De Qrolş Veste" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.