"Gəncəbasar"ın təqdimatı olacaq

Yeni formalaşan "Gəncəbasar" klubunun ictimaiyyət üçün təqdimatı keçiriləcək. Tədbirdə klubun strateji planları, qarşıya qoyulan hədəflər, həyata keçirələcək layihələr və fəaliyyət istiqamətləri barədə məlumat veriləcək. "Gəncəbasar"ın inkişaf modeli və müəyyənləşdirdiyi prioritetlər açıqlanacaq.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda mərasimdə klubun maskotunun təqdimatı da olacaq. Tədbir çərçivəsində komandanın baş məşqçisinin adı açıqlanacaq və imza mərasimi keçiriləcək.

Təqdimat avqustun 21-i Bakıda "Hyatt Regency" otelində təşkil olunacaq və saat 14:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right