"Qarabağ"dan 2 milyon avro tələb edirlər kamerunlu futbolçu üçün

"Qarabağ"ın Bolqarıstanın ÇSKA(Sofiya) klubunun yarımmüdafiəçisi Ceyms Etoya maraq göstərməsi ilə bağlı bəzi detallar ortaya çıxıb. 

Newsport.az Bolqarıstanın “Tema Sport” portalına istinadən xəbər verirki, Sofiya klubunun rəhbərliyi kamerunlu futbolçu üçün ən azı 2 milyon avro istəyir. Yarımmüdafiəçinin müqaviləsini 2028/2029 mövsümünün sonuna qədər artırdıqları üçün Ağdam klubundan daha böyük məbləğ tələb etməsi mümkündür. 

Xatırladaq ki, ÇSKA "Qarabağ"ı Avropa Liqasının seçmə mərhələsinin ikinci turunda (0-0, 0-0, penaltilərdə 5-4) mübarizədən kənarlaşdırıb və Eto cavab görüşündə həlledici penaltini yerinə yetirmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right