"Dinamo"nun baş məşqçisi " Qarabağ"la oyunu xatırladı "İki ağır oyun keçirdik"

"Dinamo"nun (Kiyev) baş məşqçisi İqor Kostyuk Ukrayna mətbuatına danışıb.

Newsport.az xəbər verir ki,  "Xsport.ua" portalına danışan ukraynalı mütəxəssis "Qarabağ"a qarşı keçirilmiş (0:2, 1:0) oyunu da xatırlayıb:

"Biz Lublin və Bakıda "Qarabağ"a qarşı iki ağır oyun keçirdik. Həmin ərəfədə "Veres"lə də oynadıq. Ümumilikdə 4 çətin oyun keçirdik. Azərbaycandakı matçda oynamış yeddi futbolçu " Kolos"la görüşün əsas heyətinə düşmüşdü. Komanda emosional olaraq başa düşürdü ki, yaxşı köklənmək lazımdır. Futbolçularla danışdıq ki, qələbə qazanmaq mütləqdir. Çünki qarşıda bizi pauza gözləyir və işimizin öhdəsindən gəldik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right