"Mançester Siti"də oynamış braziliyalı Azərbaycan klubuna keçə bilər

APOEL-in futbolçusu Dieqo Rosa karyerasını Azərbaycanda davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə Kipr məbuatı məlumat yayıb. 23 yaşlı dayaq yarımmüdafiəçiyə Premyer Liqa klublarından birinin rəsmi təklif göndərdiyi iddia olunur. APOEL-in də braziliyalını icarəyə verməkdə israrlı olduğu deyilir.

Dieqonun Azərbaycana gəlişi bu yay baş tuta bilər. Onun APOEL-lə müqavilə müddəti 2028-ci il mayın 31-nə qədərdir. Braziliyanın U-20 yığmasında da oynamış Rosa “Mançester Siti”, “Lommel”, “Vizela”, “Bahia”, “İnternasional” kimi klubların da formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right