“Gözüm səni axtaracaq” Elvindən Zubir paylaşımı

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev komandadan ayrılan Abdullah Zubirlə bağlı paylaşım edib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü sosial şəbəkə hesabında fransalı futbolçu ilə vidalaşıb.

Cəfərquliyev Zubirin fotosunu paylaşaraq ingiliscə yazıb:

“Səni unutmayacağam, mənim Zubam. Sənə ən yaxşısını arzulayıram”. 

Elvin həmçinin Azərbaycan dilində bu qeydləri edib: “Gözüm səni axtaracaq”.

Qeyd edək ki, “Qarabağ” sol cinahda çıxış edən hər iki futbolçu bir-birini yaxşı başa düşən oyunçular hesab olunurdu.

Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək. O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right