“Neftçi” və “CoffeeBar”ın əməkdaşlığı davam edir.
Newsport.az xəbər verir ki, klubla Azərbaycanda ilk qəhvə ekosistemini yaratmış “CoffeeBar” şirkəti arasında əməkdaşlıq müqaviləsi daha 1 il müddətinə uzadılıb.
Razılaşmaya əsasən, “CoffeeBar” növbəti mövsümdə də “Neftçi”nin rəsmi qəhvə sponsoru olaraq komandanın qəhvə və qəhvə avadanlığı ehtiyaclarını təmin etməyə davam edəcək.