"Sabah"ın yarımmüdafiəçisi Umarəli Rahmonaliyev Avropanın "TOP-5" çempionatlarından birinin komandasına keçməyə yaxındır.
Newsport.az xəbər verir ki, bu barədə "90plus.media" portalı məlumat yayıb.
Özbəkistanlı futbolçu Fransa təmsilçisi "Lans"a qoşula bilər. Fransızlar özbək müdafiəçi Abdukodir Xusanovun transferi ilə əldə etdikləri uğuru təkrarlamaq niyyətindədirlər. Məhz buna görə özbək futbolçulara maraq göstərirlər.
"Lans" 2025/26 mövsümündə Fransa Liqa 1-i 2-ci pillədə başa vurub və Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq.
"Lans"ın skautları Rahmonaliyevin oyununu diqqətlə izləyirlər. "Transfermarkt" 22 yaşlı futbolçunu 1,2 milyon avro dəyərləndirir. Oyunçu ötən mövsüm Azərbaycan çempionu və kubokunun sahibi olub.
Qeyd edək ki, Umarali Rahmonaliyev 2025-ci ilin yanvarında Rusiyanın "Rubin" klubundan "Sabah"a keçib. O, Masazır təmsilçisinin heyətində meydana çıxdığı 61 rəsmi matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.