“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”

Polşanın “Rakuv” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı paylaşım edib.

Newsport.az xəbər verir ki, Çenstoxova təmsilçisi sosial şəbəkə hesabında 29 yaşlı futbolçunun fotosunu yayımlayaraq yazıb:

“Sabahınız xeyir, Medaliklər! (“Rakuv” azarkeşləri - red.) Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir! Növbəti missiya isə artıq bazar günü bizi gözləyir!”

Qeyd edək ki, “Rakuv” dünən UEFA Konfrans Liqasında “Hammarbü”nü (İsveç) mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə yüksəlib. 

Avqustun 16-da onlar Polşa çempionatının 4-cü turunda səfərdə “Krakovia” ilə qarşılşacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right