MPL-də yeni mövsümə start verildi: "Turan Tovuz" "Qəbələ"yə qalib gəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümünə start verilib.

Newsport.az xəbər verir ki, 1992-ci ildən bəri keçirilən Azərbaycanın 35-ci milli çempionatı olub. Budəfəki yarışda adları qeyd olunan 12 komanda iştirak edəcək: "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sabah", "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz", "Zirə".

Turun açılış matçı Tovuz şəhər stadionunda yerli "Turan Tovuz"la "Qəbələ" klubları arasında olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

1-ci turun digər oyunları avqustun 15-16-17 tarixlərində keçiriləcək.

14 avqust

Misli Premyer Liqası 1-ci tur

19:30. “Turan Tovuz” – “Qəbələ” - 1:0 

Qol: Enrike Silva, 35
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Gülnurə Əkbərzadə
Tovuz şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right