"Yeni mövsümə hazırıq!"

Misli Premyer Liqasında 2026/2027-ci illər mövsümünün başlamasına sayılı günlər qala Peşəkar Futbol Liqası futbolsevərlər üçün xüsusi çarx təqdim edib.

Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, PFL yeni mövsümün həyəcanını və rəqabətini əks etdirən maraqlı videorolik hazırlayıb. "Yeni mövsümə hazırıq!" şüarı ilə paylaşılan videoçarxda çempionatda mübarizə aparacaq klubların simvolik görüntüləri nümayiş olunub.

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək.