“Görünür, “Qarabağ”ın müdafiəçisi bilmir ki, top yerə düşməməlidir”

Kiyev “Dinamo”sunun sabiq hücumçusu Viktor Leonenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Newsport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis ilk matçdakı 1:0 hesablı qələbədən sonra “Dinamo”nun mərhələ adlamaq şansına inanır.

Onun fikrincə, kiyevlilər Bakıda da qələbə qazanmaq iqtidarındadır: “İlk oyuna əsasən, “Dinamo” yenə qalib gəlməlidir. Həm də yalnız ona görə ki, komanda həqiqətən yaxşı qol imkanları yaratdı, amma onları qola çevirə bilmədi. “Qarabağ” isə qol epizodunu sanki öz əli ilə yaratdı. Görünür, “Qarabağ”ın müdafiəçisi bilmir ki, top yerə düşməməlidir, onu dərhal uzaqlaşdırmaq lazımdır. Qapıçı da çox etibarsız oynadı”.

Sabiq futbolçu “Dinamo”nun heyətinin təcrübəsiz gənclərdən qurulmasına da toxunub: “Heç kəsi futbolçunun neçə yaşında olması maraqlandırmır. Bu gənc futbolçunun da yaşlı oyunçu ilə eyni maaşı var. Bizim futbolçumuz müharibə aparan ölkədə 1,5 milyon avro maaş alır və təkbətək çıxanda nə etməli olduğunu bilmir. Belə komandanın heyətində meydana çıxırsansa, təkbətək epizodu qola çevirməlisən. Mənim dostlarım Oleq Bloxin və Vladimir Bessonov 17 yaşında əsas komandada oynamağa başlayıblar. Sizcə, onların yaşına görə güzəşt edilirdi? Əvvəllər belə oyuna görə paltardəyişmə otağında döyürdülər”.

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right