“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda keçiriləcək "Sabah" – "Orhus" (Danimarka) oyununun bütün biletləri satılıb.

Newsport.az xəbər verir ki, bu barədə "Sabah"ın mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında azarkeşlərin stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri xahiş olunub. 

Qeyd edək ki, Masazırdakı “Bank Respublika Arena” keçiriləcək görüş saat 20:00-da başlayacaq. Komandaların Danimarkada keçirilən ilk matçı "Orhus"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right