Azərbaycan milli komandasının üzvü Toral Bayramov "Bursaspor"da rəsmi debüt edib.
Newsport.az xəbər verir ki, Bayramovun komandası Türkiyə birinci liqasının ilk turunda "Bodrumspor"un qonağı olub.
"Bursaspor" bu görüşdə 2:0 qalib gəlib. Onların qollarını Keleçi İhenaço və Linkoln Henrike vurub.
Toral isə meydana ikinci hissədə daxil olub.