"Orhus" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Sabah"la cavab oyunu üçün Bakıya gəlib.
Newsport.az-ın məlumatına görə, Danimarka təmsilçisini daşıyan təyyarə ötən gecə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
"Sabah" - "Orhus" oyunu avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək. İlk matçda "Orhus" 2:1 hesablı qələbə qazanıb.