5 il Kloppla işləmiş məşqçi "Sabah" və "Qarabağ" haqda nələr dedi?

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”ın rəqibi olacaq Danimarkanın "Orhus" (AGF) klubu ilə oyunlar ərəfəsində Azərbaycan çempionunun aut atışları üzrə məşqçisi Tomas Qrönnemark fikirlərini bölüşüb.

Tomas Qrönnemark Yorgun Kloppun dəvəti ilə 5 il (2018-2023-cü illərdə) "Liverpul"da da işləyib.

Newsport.az xəbər verir ki, ölkəsinin bold.dk nəşrinə danışan danimarkalı mütəxəssis “Sabah”ın gücünün lazımınca qiymətləndirilmədiyini deyib. “Yəqin ki, dünyada bu barədə məndən yaxşı danışa biləcək adam yoxdur”, – deyə o, gülümsəyərək bildirib.

Qrönnemark “Sabah”ın cəmi səkkiz il əvvəl yaradıldığını xatırladıb: “Bu, çox gənc klubdur. Ötən mövsüm çempionluğu kifayət qədər inamlı qazandıq və bunu daha erkən də rəsmiləşdirə bilərdik. Sadəcə, ən yaxın izləyicimiz “Qarabağ”la oyunda 70-ci dəqiqədə 3:0 hesablı üstünlüyü əldən verdik. Buna baxmayaraq, mövsümü 9 xal fərqlə çempion başa vurduq. Bundan başqa, ölkə kubokunu da qazandıq”.

O, Azərbaycan futbolunun səviyyəsinin düzgün qiymətləndirilmədiyini vurğulayıb: “Bəziləri deyə bilər ki, bu, sadəcə Azərbaycandır. Amma unutmaq olmaz ki, “Qarabağ” son illər mütəmadi olaraq Çempionlar Liqası və Avropa Liqasında çıxış edir. Azərbaycanın yüksək səviyyəli komandaları var. Yəqin çoxları xatırlayır ki, “Qarabağ” ötən mövsüm “Kopenhagen”i məğlub etmişdi. Bundan başqa, “Benfika”, “Ayntraxt” və “Budo/Qlimt” üzərində qələbələr qazanıb, “Çelsi” və “Bayer Leverkuzen”lə heç-heçə edib”.

Danimarkalı mütəxəssis “Sabah”la üçillik müqavilə imzaladığını da açıqlayıb: “Yanvarda Bakıda olmuşam, yayda isə Avstriyadakı təlim-məşq toplanışında komanda ilə çalışmışam. Klubla 3 illik müqavilə bağlamışam. Adətən, bir mövsümlük anlaşmalar imzalayırdım. Hətta “Liverpul”dakı beş ilimdə də belə idi. Düşünürəm ki, bunun səbəbi başqa Azərbaycan klublarının mənimlə müqavilə bağlamasının qarşısını almaq istəyidir”.

Qrönnemark AGF ilə qarşılaşmaların taleyinin xırda detalların həll edəcəyini bildirib: “Düşünürəm ki, çox gərgin oyunlar olacaq və hər şey istənilən tərəfə dəyişə bilər. Eşitmişdim ki, bəzi insanlar növbəti mərhələnin asan olacağını düşünürdülər. Mən faiz deməyəcəyəm, amma hesab edirəm ki, çox bərabər mübarizə gedəcək. Belə matçlarda hər şeyi bir epizod həll edə bilər”.

O, “Sabah”ın oyun üslubunu da yüksək qiymətləndirib: “Mən aut atışları üzrə məşqçiyəm, futbol məşqçisi deyiləm. Amma mənim baxışıma görə, “Sabah” hərtərəfli komandadır. Fiziki cəhətdən güclüdür, texniki səviyyəsi yüksəkdir və sürətli futbolçuları var. Açıq-aşkar zəif tərəf göstərmək çətindir. Bu, yaxşı formalaşmış, balanslı komandadır”.

Qrönnemark Bakıya səfərin AFG üçün asan olmayacağını qeyd edib: “Bakıya uçuş uzaqdır və bunu qiymətləndirməmək olmaz. İstanbul üzərindən uçanda demək olar ki, ABŞ-ın şərq sahillərinə birbaşa uçuş qədər vaxt aparır. Amma bu, hər iki komanda üçün keçərlidir. Sadəcə, “Sabah” Avropa səfərlərində uzun uçuşlara daha çox öyrəşib”.

Qeyd edək ki, AGF – “Sabah” matçı avqustun 6-da D





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right