Nəriman Axundzadə Türkiyə klubuna keçir

“Kolambus Kryu”da çıxış edən Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə klubunu dəyişir. 

Newsport.az xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək. O, gələn mövsümdən Superliqada mübarizə aparacaq “Erzurumspor“la anlaşıb. Bu haqda klub məlumat yayıb.

Bildirilib ki, tezliklə Türkiyəyə gedəcək Axundzadə tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Nərimanın yeni klubuna icarə əsasında qoşulacağı gözlənilir. 

Qeyd edək ki, N.Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right