"Kəpəz"in yeni transferi Ürfan Abbasov klubun mətbuat xidmətinə açıqlama verib.
Newsport.az xəbər verir ki, 33 yaşlı sağ cinah müdafiəçisi təlim-məşq toplanışını dəyərləndirib:
"Hazırlıq prosesi yaxşı keçir. Ayın 6-da təlim-məşq toplanışına başlamışıq. Fiziki və texniki məşqlər edirik. Zədələndiyim üçün iki yoxlama oyununu buraxmışam. Üçüncü matçda bir hissə oynadım. Ümumilikdə toplanış çox yaxşı davam edir. Yeni komandama öyrəşməyə çalışıram. Burada azərbaycanlı oyunçular çoxdur. Legionerlərlə də münasibətim qaydasındadır. İnanıram ki, mehriban və döyüşkən kollektiv yaranacaq.
Son oyundan sonra bir gün bərpa məşqi keçdik. Gündə iki dəfə olmaqla məşqlərə davam edirik. Bundan sonra iki hazırlıq matçımız var. Premyer Liqanın ilk turunun "Sabah"la oyununa hazırlaşacağıq. "Kəpəz" böyük klubdur. Azarkeşlərə demək istəyirəm ki, oyunlara gəlsinlər və komandaya dəstək olsunlar. Biz də xal və ya xallar qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".