"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub

"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “ÇFR Kluj” klubu ilə ilk yoxlama oyununa (1:2) çıxıb.

Newsport.az xəbər verir ki, baş məşqçi Yuri Vernidub matçdan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Təlim-məşq toplanışında ilk yoxlama görüşümüz idi. Bunadək yalnız öz aramızda ikirətəfli oyun keçirmişdik. Çalışdıq ki, futbolçuların çoxuna şans verək, mümkün qədər hamını iş başında görək. Fərqli-fərqli hissələr oldu. Breno Almeydanın belində yüngül narahatlığı var idi, bu səbəbdən meydana buraxmadıq. Alessio Kurçi isə matç zamanı çiynindən zədələndi, vəziyyəti indi qiymətləndirilir.

Gənc oyunçulara da şans verdik. Ümumilikdə oyundan razı qaldım. Rəqibimiz güclü və keyfiyyətli komanda idi. Bəzi səhvlər üzərində işləyəcəyik, getdikcə artıracağıq. Növbəti oyunlarda daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right