Azərbaycan Birinci Liqasına vəsiqə uğrunda "Difai" və "Hypers Guba" klubları arasında pley-off matçı keçirilib.
Newsport.az xəbər verir ki, "ASCO Arena"da baş tutmuş görüşdə İkinci Liqa təmsilçisi "Hypers Guba" rəqibi ilə bacarmayıb.
"Difai" inamlı qələbə qazanaraq Birinci Liqadakı yerini qoruyub.
"Difai" - "Hypers Guba" 3:1
Qollar: Xəyal Bədirov, 6, Ceyhun Muxtarlı, 51, Fərid Kərimzadə, 88 - İlqar Ələkbərov, 90+3