Atası Qaranın soyadını niyə dəyişdirib?

Azərbaycan yığmasının və “Araz-Naxçıvan”ın futbolçusu Qara Qarayev “İctimai TV” də yayımlanan “Sabahın Xeyir Azərbaycan” verilişində maraqlı açıqlama ilə diqqət çəkib.

Newsport.az xəbər verir ki, o, soyadının dəyişdirildiyini deyib. 

Q.Qarayev bildirib ki, atası dahi bəstəkar Qara Qarayevə görə onun soyadını dəyişdirib: “Atam öz əmisinin adını mənə qoyub. Daha sonra isə musiqiçi olmağımı istədiyi üçün soyadımı da Qarayev olaraq dəyişdirib. Ailədə hamı Ağayevdir, amma mən Qarayev. Bir müddət musiqiyə getdim, amma futbola olan həvəsim məni idmana gətirdi. Futbolu daha çox bəyənirdim. Sadəcə 1 il piano çalmışam”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right