I Liqada 2024/2025 mövsümünün qalibi olan "Qəbələ" mükafatlandırılıb.
Newsport.az xəbər verir ki, mükafatlandırma mərasimi çempionatın XXVI turunun "Zaqatala ilə oyunundan (4:0) sonra təşkil olunub.
Qəbələ şəhər stadionunda keçirilən tədbirdə "qırmızı-qaralar"a kubok və medallar təqdim olunub.
"Qəbələ"yə mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
Qeyd edək ki, turnir cədvəlinin lideri “Qəbələ" mövsümün sonuna 1 oyun qalmış - 26 turdan 64 xal toplayıb.
15 may
"Qəbələ" – "Zaqatala" - 4:0
Qollar: D.Massumo, 29, 54; A.Şuaybu, 39; E.Tağıyev, 81