Futbol üzrə Azərbaycan 1-ci Liqasında 17-ci turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, çempionatın iddialı komandalarından "Karvan" doğma meydanda "Zaqatala"nı qəbul edib. Qarşılaşma Yevlax təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 33-ə yüksəldən "Karvan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 22 xalı olan "Zaqatala" isə 5-ci yerdədir.