Türkiyə 1-ci liqasında 20-ci turun matçları keçirilib.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" "İğdır"la üz-üzə gəlib.
İsgəndərlinin komandası səfərdə qələbə qazanıb. Meydana start heyətində çıxmış Vüsal 61-ci dəqiqədə əvəzlənib.
“Boluspor” 31 xalla 6-cı pillədədir.