Futbol üzrə Azərbaycan 2-ci Liqasında 13-cü turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, bu gün "Dinamo" öz meydanında "Ağdaş"ı qəbul edib. 7 qolun vurulduğu qarşılaşma bölgə təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 10-a yüksəldən "Ağdaş" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 19 xalı olan "Dinamo" isə 7-ci yerdədir.