Türkiyə millisinin sabiq futbolçusu Arda Turan baş məşqçi qismində Superliqada debüt oyununa çıxıb.
Newsport.az xəbər verir ki, 37 yaşlı mütəxəssisin rəhbərlik etdiyi "Eyüpspor" 2024/25 mövsümünün ilk turunda səfərdə "Alanyaspor"la qarşılaşıb. Ardanın komandası 64-cü dəqiqədə S.Saizin qolu ilə hesabda irəlidə olub. Amma 76-cı dəqiqədə meydan sahibləri cavab qolu (S.Cordova) vurublar. Bununla da matç 1:1 hesabı ilə yekunlaşıb.
77-ci dəqiqədə isə Arda Turan hakimə etiraz etdiyi üçün qırmızı vərəqə alıb.