Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil edilən Avropa çempionatında bu gün növbəti oyununu keçirib.
Newsport.az xəbər verir ki, yığmamız 1/8 finalda Bolqarıstanla üz-üzə gəlib.
Elşad Quliyevin yetirmələri Bolqarıstan üzərində inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, millimizin növbəti mərhələdəki rəqibi Qazaxıstan yığması olacaq.
Minifutbol üzrə Avropa çempionatı
1/8 final
5 iyun
Azərbaycan – Bolqarıstan - 3:1
Qollar: Ramiz Çovdarov,7, Təmkin Xəlilzadə, 31, Rəvan Kərimov, 45 // Yavor Gençev, 21
Sarayevo, Bosniya və Hersoqovina