Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, lider "Şamaxı" son turda autsayder "Araz Saatlı"nı qəbul edib. Matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 57-yə yüksəldən "Şamaxı" çempion olub və Premyer Liqaya vəsiqə qazanıb.
"Şamaxı" - "Araz Saatlı" 3:1
Qollar: Davud Mahmudov, 9 (avtoqol), Bəhruz Teymurov, 57, Emin Zamanov, 90+6 (pen) - Abdulla Seydəhmədov, 61 (avtoqol)