"Şahdağ Qusar"dan 4 cavabsız qol

Futbol üzrə Azərbaycan II Liqasında XXIII turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu gün "Şəfa" öz meydanında "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 4:0 hesablı qələbəi ilə başa çatıb.

Xallarını 51-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 17 xalı olan "Şəfa" isə 13-cü yerdədir.

"Şəfa" - "Şahdağ Qusar" 0:4
Qollar: 
Salman Altuxanov,14, Tural Qurbatov, 27, 34, Famil Camalov, 75
Qırmızı vərəqə: Ramiz Qasımov, 63 ("Şəfa")

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right