"Şamaxı"nın qələbəsi

Futbol üzrə Azərbaycan I Liqasında XX turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, bu gün MOİk öz meydanında "Şamaxı"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 38-ə yüksəldən "Şamaxı" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Eyni sayda xalı olan MOİK isə 4-cü yerdədir.

MOİK - "Şamaxı" 0:1
Qol: Roman Hüseynov, 13 (pen)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right