Peşəkar Futbol Liqası mart ayında Azərbaycan Premyer Liqasında vurulan 5 ən yaxşı qolun videosunu paylaşıb.
Newsport.az xəbər verir ki, Martins Junior ("Kəpəz"), Əyyub Alaş ("Qəbələ"), Nəriman Axundzadə ("Qarabağ"), Erik Sorqa ("Sumqayıt") və Julio Romaonun ("Qarabağ") qolları ən yaxşı adına namizəddir.
PFL-nin Feysbuk səhifəsində edilən səsvermə aprelin 6-da yekunlaşacaq.