Polşa çempionatında 25-ci turun matçları keçirilib.
Newsport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" növbəti görüşünə çıxıb.
Lodz təmsilçisi "Rakuv"la üz-üzə gəlib və matç 1:1 hesabı ilə yekunlaşıb.
Start heyətində meydana çıxan Rahil sona qədər oynayıb. "LKS Lodz" 17 xalla sonuncu pillədədir.