"Şamaxı"dan "Karvan"a 6 cavabsız qol

Futbol üzrə Azərbaycan I Liqasında XVII tura yekun vurulub.

Newsport.az xəbər verir ki, bu gün "Karvan" doğma meydanda "Şamaxı"nı qəbul edib. Qarşılaşma qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 33-ə yüksəldən "Şamaxı" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 27 xalı olan "Karvan" isə 5-ci yerdədir.

"Karvan" - "Şamaxı" 0:6
Qollar: Səbayıl Bağırov, 13, Bəhruz Teymurov, 26, 90+2 (pen), Cəlal Cabrayılov, 32, Əsgər Ağazadə, 38, Emin Zamanov, 86 (pen)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right