"Kəpəz"dən etiraz: "Verilən qərarlarla barışmırıq"

"Kəpəz" Misli Premyer Liqasının 22-ci  turunda "Səbail"ə 1:4 hesabı ilə  məğlub olub.

Newsport.az xəbər verir ki, Gəncə təmsilçisi görüşdə baş hakim Nicat İsmayıllının idarəçiliyindən narazı qalıb. Paylaşımda bunlar qeyd olunub:

"Verilən qərarlarla BARIŞmırıq!

“Səbail” ilə oyunun 44-cü dəqiqəsində qapımıza təyin olunan penalti epizodundan əvvəl künc zərbəsi zamanı rəqib futbolçu Amil Yunanovu arxadan itələsə də, baş hakim Nicat İsmayıllı qayda pozuntusu qeydə almadı. Eyni epizodun davamında Junior Martinsin zərbəsindən sonra top “Səbail”in oyunçusuna toxunaraq meydanı tərk etdi. Laysman topun rəqibdən çıxdığına işarə edərək bayrağını müvafiq istiqamətə yönləndirsə də, baş hakim yenə fərqli qərar qəbul etdi. Və son nəticədə epizodun davamı qapımıza penalti ilə nəticələndi.

48-ci dəqiqədə komandamızın yerinə yetirdiyi künc zərbəsi zamanı rəqib futbolçu Rüfət Abdullazadə cərimə meydançasında hər iki əli ilə topla oynasa da, referi VAR-a ehtiyac duymadı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right