Ötən gün Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən “Sabah” – “Neftçi” (0:0) oyununda qonaq komandanın azarkeşləri priotexniki vasitələrdən istifadə ediblər.
Newsport.az xəbər verir ki, bu vasitələr stadionlarda yandırılması qadağan edilsə də, fanatlar istəklərinə nail olublar.
Üstəlik, onların təhlükə yaradan hərəkətinin qarşısı da alınmayıb.
Matçda digər məqam isə yeni baş məşqçi Miodraq Bojoviç üçün açılan pankart olub. Maraqlıdır ki, yeni gələn baş məşqçi tanınmasa da, fanatlar onun üçün pankart açıblar. Böyük ehtimalla həmin pankartın açılması klub tərəfindən sifariş edilib.
Daha sonra isə Bojoyivç özü bunu instaqram hesabında paylaşıb.