Yeni yaradılan və cari mövsümdə ilk dəfə futbol üzrə Azərbaycan çempionatında iştirak edən "Sabah"ın 17 yaşadək qızlardan ibarət komandası liqaya uğurlu start verib.
Newsport.az-ın məlumatına görə, Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda keçirdiyi 4 oyunun hamısından qalib ayrılıb.
“Sabah”ın və millimizin futbolçusu Amin Seydiyev, həmçinin qadınlardan ibarət yığmamızın üzvü Aysun Seydiyeva U-17 komandasının məşqində qonaq olublar.
Görüş zamanı hər iki futbolçu U-17 komandasının üzvlərinə öz məsləhətlərini verib, yeniyetmə futbolçuların suallarını cavablandırıb, həmçinin onlara hədiyyələr təqdim ediblər.