"Ağdaş" 3 xalı 3 qolla qazandı

Futbol üzrə Azərbaycan II Liqasında XII turun görüşləri keçirilir.

Newsport.az xəbər verir ki, bu gün "Ağdaş" doğma meydanda "Dinamo"nu qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 12-yə yüksəldən "Ağdaş" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 15 xalı olan "Dinamo" isə 8-ci yerdədir.

"Ağdaş" - "Dinamo" 3:1
Qollar: Vasif Nəsirov, 10, Zamiq Abubəkirov, 47, Tarley Zeynalov, 71 - Valeh Seyidov, 64

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right