Ruslan Abışov böyük futboldan belə getdi

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, bu, “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında noyabrın 18-də Bakıda keçirilən yoxlama görüşündə reallaşıb

R.Abışov 15 nömrə altında və kapitan sarğısında meydana start heyətində çıxıb. O, 2-ci dəqiqədə Azər Salahovla əvəzlənib. Azarkeşlər Abışovu alqışlarla yola salıblar.

Qeyd edək ki, karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının formasını geyinmiş 36 yaşlı Ruslan Abışov ötən ay karyerasını bitirdiyini açıqlayıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right