Xankəndi stadionundakı oturacaqlar söküldü

Antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş Xankəndi şəhərindəki mərkəzi futbol stadionunda təmir-bərpa işlərinə start verilib.

Newsport.az modern.az-a istinadən xəbər verir ki, artıq separatçıların qondarma “bayrağının” rəngində olan oturacaqlar stadionun tribunalarından sökülüb.

Onların Azərbaycan bayrağının rəngində olan oturacaqlarla əvəz ediləcəyi gözlənilir.

Sözügedən arenanın tutumu 15 min nəfərdir.

Bu yaxınlarda “Qarabağ” komandasının bu mövsüm bir və ya bir neçə oyununu Xankəndidə keçirəcəyinə dair məlumat yayılıb. Lakin bu məlumatları nə klub, nə də Gənclər və İdman Nazirliyi rəsmi şəkildə təsdiq edib.

“Qarabağ” rəhbərliyi bu yaxınlarda Xankəndidə olub, stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right