“Yuventus” məğlubiyyətdən son anda qurtuldu

Futbol üzrə İtaliya A Seriyasında 33-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. Lider “Milan” “Cenoa”nı qəbul edib və inamlı qələbəyə sevinib. İkinci pillədə qərarlaşan “İnter” isə səfərdə “Spetsiya” ilə oyunda 3 xalı 3 qolla qazanıb.

Turun əksər oyunları şənbə gününə təsadüf edib. “Kalyari” “Sassuolo”nu, “Udineze” “Empoli”ni, “Fiorentina” isə “Venesiya”nı məğlub yola salıb. Üç qolun qeydə alındığı “Sampdoriya” – “Salernitana” matçı qonaqların qələbəsiylə yekunlaşıb.

“Latsio” – “Torino” matçında qalib müəyyənləşməyib. “Yuventus” isə “Bolonya” ilə ev oyununda məğlubiyyətdən son anda qurtulub.

Turun mərkəzi oyunu Neapol şəhərində keçiriləcək. Burada “Napoli” ilə “Roma” münasibətlərinə aydınlıq gətirəcəklər.

İtaliya A Seriyası, 33-cü tur

15 aprel

Spetsiya – İnter 1:3
Qol: C.Macciore, 88 – M.Brozoviç, 31. L.Martines, 73. A.Sançes, 90+3.

Milan – Cenoa 2:0
Qol: Leao, 11. Messias, 87.

16 aprel

Kalyari – Sassuolo 1:0
Qol: Deyola, 42.

Sampdoriya – Salernitana 1:2
Qol: Kaputo, 32 – Fasio, 4. Lourense, 6.

Udineze – Empoli 4:1
Qol: İsmayli, 6-öz qapısına. Deulofeu, 52. Pussetto, 79. Samardziç, 87 – Pinamonti, 70-pen.

Fiorentina – Venesiya 1:0
Qol: L.Torreyra, 30.

Yuventus – Bolonya 1:1
Qol: Vlahoviç, 90+5 – Arnautoviç, 52.

Latsio – Torino 1:1
Qol: İmmobile, 90+2 – Pelleqri, 56.

18 aprel

21:00 Napoli – Roma
23:00 Atalanta – Verona

Bombardir: Çiro İmmobile (Latsio) – 24, Duşan Vlahoviç (Yuventus) – 22 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right